"Qazprom"un Çinə gündəlik qaz tədarükündə rekord qeydə alınıb

"Qazprom"un Çinə gündəlik qaz tədarükündə rekord qeydə alınıb
# 27 dekabr 2021 17:11 (UTC +04:00)

Dekabrın 22-dən Rusiyanın "Qazprom" şirkətinin istehsalat kompleksi anomal soyuq hava şəraiti ilə əlaqədar payız-qış mövsümünün maksimum göstəriciləri rejimində fəaliyyət göstərir.

"APA-Economics"in "Qazprom"a istinadən verdiyi məlumata görə, Rusiyanın yeraltı anbarlarından qazın çıxarılması üzrə göstərici son 5 ilin maksimumu səviyyəsindədir.

Bildirilir ki, Vahid Qaz Təchizat Sisteminin fəaliyyət göstərdiyi rayonlarda sutka ərzində anomal havanın temperaturu orta hesabla –17°C səviyyəsində qeydə alınır.

Həmçinin qeyd edir ki, Rusiya istehlakçılarına qaz tədarükü sutkada 1 656 mln. kubmetrə çatıb.

Bundan əlavə, dekabrın 23-də Rusiyadan Çinə gündəlik qaz nəqli üzrə tarixi rekord qeydə alınıb. Avropalı istehlakçılara isə qaz tədarükü hazırkı müqavilə öhdəliklərinə uyğun olaraq tam həcmdə müraciətlər əsasında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR