Qətər Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) qayıtmaq fikrində deyil, ölkə qaz hasilatı üzrə ixtisaslaşır.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Qətərin energetika naziri Saad əl-Kaabi bildirib.
"Bu, qəbul etdiyimiz qərardır. Dediyimiz kimi, OPEC-dən ayrılmaq niyyətində idik, çünki biz qaz ölkəsiyik, neft hasilatı üçün kiçik bir ölkəyik, buna görə OPEC-də qalmağımızın heç bir mənası yoxdur. Bu, verdiyimiz bir qərardır, ona yenidən baxmayacaq", - deyə nazir bildirib.
Xatırladaq ki, 2018-ci ilin dekabrında nazir Saad əl-Kaabi ölkənin 1 yanvar 2019-cu il tarixindən etibarən OPEC-dən çıxacağını açıqlamışdı. Nazir Qətərin dünya səhnəsindəki mövqeyini gücləndirmək imkanlarını təhlil etdikdən sonra bu qərarın qəbul etdiyini bildirmişdi.