Qeyri-OPEC ölkələri neft hasilatının artım tempini daha da azaldacaq - PROQNOZ

Qeyri-OPEC ölkələri neft hasilatının artım tempini daha da azaldacaq  - PROQNOZ
# 12 may 2022 17:35 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2022-ci ildə sözügedən göstəricinin 65,97 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (öncəki proqnoz – 66,26 mln. barel).

Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,56 mln. barel səviyyəsində olub.

Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,97 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR