Qiymətli metallara dair dövlət standartı qəbul edilib

Qiymətli metallara dair dövlət standartı qəbul edilib
# 22 iyul 2022 09:40 (UTC +04:00)

Qiymətli metalların və onların ərintilərinin keyfiyyətini yoxlanılması məqsədilə AZS 918:2022 “Qiymətli metallar və onların ərintiləri analiz metodlarına dair ümumi tələblər” dövlət standartı qəbul edilib.
"APA-Economics" xəbər verir ki, standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Bu dövlət standartı təmizlənmiş metallar daxil olmaqla, qiymətli metalların (qızıl, gümüş, platin, palladium, rodium, iridium, rutenium və osmium) və qiymətli metallar əsaslı
ərintilərin analiz üsullarına dair ümumi, həmçinin təhlükəsizlik tələblərini müəyyən edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR