Qlobal neft ehtiyatları cüzi azalıb

Qlobal neft ehtiyatları cüzi azalıb
# 28 iyun 2022 14:02 (UTC +04:00)

Ötən ilin nəticələrinə görə, qlobal təsdiq edilmiş neft ehtiyatları 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 0,02% azalaraq 1,545 trilyon barel təşkil edib.

Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülleteninə istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci ildə təsdiq edilmiş neft ehtiyatlarına görə lider yenidən Venesuela olub. Burada qeyd olunan göstərici 303,468 milyard barel təşkil edərək sıfır dinamikasına yaxın azalma nümayiş etdirib. Səudiyyə Ərəbistanı ikinci yerdə qalıb, burada təsdiq edilmiş neft ehtiyatları bir qədər artaraq 261,6 milyard barelə çatıb. İran bu göstəricidə ilk üçlüyü qapayır, burada "qara qızıl"ın təsdiq edilmiş ehtiyatlarının həcmi il ərzində 208,6 milyard barel səviyyəsində qalıb.

Təsdiqlənmiş ehtiyatlara görə, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt növbəti yerlərdədir. Rusiya - 80 milyard barellə - yeddinci yerdə qalmaqda davam edir, ölkədə təsdiqlənmiş ehtiyatların səviyyəsi il ərzində dəyişməyib. İlk onluğu Liviya, ABŞ və Nigeriya tamamlayır. Eyni zamanda, bütün ölkələrdən ABŞ ötən il təsdiqlənmiş neft ehtiyatlarında ən böyük artım göstərərək, onları 8,4% artıraraq 38,832 milyard barelə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR