Rəşad Nəbiyevin Göygöldə vətəndaş qəbulunun vaxtı dəyişib

Rəşad Nəbiyevin Göygöldə vətəndaş qəbulunun vaxtı dəyişib
# 10 noyabr 2022 12:24 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 11 noyabr 2022-ci il tarixində Göygöl şəhərində Samux, Daşkəsən, Göygöl, Xocalı, Şəmkir, Gədəbəy, Kəlbəcər rayonlarının, həmçinin Gəncə və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

"APA-Economics" xəbər verir ki, Rəşad Nəbiyev vətəndaşları Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi 2) 22 noyabr 2022-ci il tarixində saat 10:00-da qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR