Rövnəq Abdullayev Ukraynanın Milli İnvestisiya Şurasının tərkibinə daxil olub

Rövnəq Abdullayev Ukraynanın Milli İnvestisiya Şurasının tərkibinə daxil olub
# 24 iyun 2019 15:22 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Milli İnvestisiya Şurasının tərkibində dəyişikliklər edib. V. Zelenski özünü sözügedən şuranın rəhbəri təyin edib.

"APA-Economics"in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna prezidentinin fərmanına əsasən, şuraya onunla birlikdə 29 nəfər daxil olub. Onlardan 10 nəfəri Ukrayna hökumətinin nümayəndələridir. Qalan 19 nəfər isə beynəlxalq şirkətlərin və maliyyə təşkilatlarının rəhbərləridir.

Məlumata əsasən, sözügedən 19 nəfər arasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev də yer alıb.

Qeyd edək ki, dəyişikliklər Ukrayna prezidentinin 21 iyun tarixli 423/2019 saylı fərmanı əsasında edilib və artıq qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR