Rusiya Aİ ilə hidrogen bazarında əməkdaşlığa hazırdır

Rusiya Aİ ilə hidrogen bazarında əməkdaşlığa hazırdır
# 28 dekabr 2021 16:49 (UTC +04:00)

Rusiya Federasiyası hidrogen bazarında Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa hazırdır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov bildirib.

"Mövcud texnologiyalar hidrogeni az-çox təhlükəsiz hasil və nəql etməyə imkan verir. Hidrogeni təbii qazla qarışdırmaq texnologiyası mövcuddur", - V. Çijov qeyd edib.

O vurğulayıb ki, "Şimal axını 2" kimi müasir nəslin yeni qaz kəmərləri gələcəkdə hidrogenlə təbii qazı qarışdırmağa imkan verəcək, köhnə nəsil qaz kəmərlərində isə, məsələn, Ukrayna ərazisindən tranzit keçən qaz kəmərlərində belə bir imkan yoxdur: "Hidrogen layihələrinin inkişafına gəlincə, Rusiya Avropa İttifaqı və bu bazarın digər maraqlı oyunçuları ilə hər cür təfərrüatları işləmələr üçün əməkdaşlığa hazırdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR