Rusiya və Çin Uzaq Şərq marşrutu ilə qaz nəqlinə dair razılığa gəliblər

Rusiya və Çin Uzaq Şərq marşrutu ilə qaz nəqlinə dair razılığa gəliblər
# 09 fevral 2023 12:54 (UTC +04:00)

Rusiya və Çin Uzaq Şərq marşrutu ilə qaz nəqlinə dair hökumətlərarası saziş imzalayıblar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyindən bildirilib.

“2023-cü il yanvarın 31-də Rusiya Federasiyası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Uzaq Şərq marşrutu üzrə Rusiya Federasiyasından Çin Xalq Respublikasına təbii qazın nəqli sahəsində əməkdaşlıq haqqında imzalanmış Saziş təsdiq edilsin” - deyə hökumətlərarası sazişin ratifikasiyaya təqdim edilməsi haqqında hökumətin fərmanının layihəsində qeyd olunub.

O da bildirilib ki, saziş layihəsi təsdiqlənmək (ratifikasiya-red) üçün Rusiya Dövlət Dumasına təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR