Rusiyada qaz hasilatında əlavə azalmalar gözlənilir

Rusiyada qaz hasilatında əlavə azalmalar gözlənilir
# 29 mart 2023 12:30 (UTC +04:00)

Rusiyada asan çıxarıla bilən ehtiyatların tükənməsi səbəbindən qaz hasilatının əlavə azalması gözlənilir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinovun hökumətə ünvanladığı məktubda deyilir.

Qeyd edildiyi kimi, bu gün Qərbi Sibirin ən böyük yataqları ümumi hasilatın təxminən 70%-ni təmin edir, lakin 2040-cı il üçün onlardan bugünkü göstəricilərdən üçdə bir hissə qədər az - təxminən 255 mlrd. kubmetr qaz hasil edilə biləcək.

Rusiya statistika idarəsinin məlumatına görə, 2022-ci ildə Rusiya bütün yataqlardan təxminən 672 mlrd. kubmetr qaz hasil edib. Müvafiq olaraq, 17 ildən sonra bu rəqəm 460 mlrd. kubmetrə qədər azala bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR