"Şahdəniz"dən indiyədək 170 mlrd. kubmetrə yaxın qaz hasil edilib

Xoşbəxt Yusifzafə

© APA | Xoşbəxt Yusifzafə

# 03 iyun 2022 10:39 (UTC +04:00)

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 166 mlrd. kubmetr qaz və 36 mln. ton qaz kondensatı hasil edilib.

APA-Economics" xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edərkən SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, Trans-Anadolu kəməri istifadəyə verildikdən sonra onun vasitəsilə Türkiyəyə 16 mlrd. kubmetr qaz nəql edilib.

Bununla yanaşı, Trans-Adriatik kəməri vasitəsilə indiyədək Avropaya 11,3 mlrd. kubmetr qaz ixrac edilib, bundan 9,7 mlrd. kubmetri İtaliyaya, 1,3 mlrd. kubmetri Yunanıstana, 0,3 mlrd. kubmetri isə Bolqarıstana nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR