Sentyabrda dünyada neft-qaz qurğularının sayı azalıb

Sentyabrda dünyada neft-qaz qurğularının sayı azalıb
  • Clock-gray 12:17
  • calendar-gray 08 Oktyabr 2019

Bu ilin sentyabr ayında dünyada neft-qaz qazma qurğularının sayı aylıq ifadədə 65 ədəd və ya 3% azalaraq 2 141-ə enib.

APA-Economics”in ABŞ-ın “Baker Hughes, a GE Company” (BHGE) neft-qaz servis şirkətinə istinadən verdiyi məlumata görə, illik ifadədə isə işlək qurğuların sayı 117 ədəd və ya 5,2% azalıb.

ABŞ-da qurğuların sayı aylıq ifadədə 48 ədəd və ya 5,2% azalaraq 878 ədəd, Kanadada isə 10 ədəd və ya 7% azalaraq 132 ədəd təşkil edib.

Avropadakı qurğuların sayı isə sentyabr ayında əvvəlki ay nisbətən 17 ədəd və ya 8,8% azalaraq 176 ədəd, Orta Şərqdə 9 ədəd və ya 2,2% artaraq 425 ədəd, Asiya-Sakit Okean regionunda 6 ədəd və ya 2,7% artaraq 226 ədəd, Latın Amerikasında 5 ədəd və ya 2,6% azalaraq 189 ədəd təşkil edib, Afrikada isə qurğuların sayı avqust ayının səviyyəsində (115 ədəd) qalıb.

Qeyd edək ki, “Baker Hughes” şirkəti 1944-cü ildən etibarən ABŞ və Kanadada qurğuların sayındakı dəyişikliklər barədə həftəlik məlumatlar paylaşır, 1975-ci ildən isə dünya üzrə neft-qaz qurğularının sayını dərc edir. 2017-ci ildə “Baker Hughes” və “GE Oil & Gas” (ABŞ-ın “General Electric” konserninin neft-qaz bölməsi)şirkətlərinin konsolidasiyası başa çatıb. Hazırda birləşmiş şirkət “Baker Hughes, a GE Company” (BHGE) adını daşıyır.

APA-Economics

Digər xəbərlər

Arxiv

date