“Sila Sibiri” boru kəməri ilə qazın nəqli rekord səviyyəyə çatıb

“Sila Sibiri” boru kəməri ilə qazın nəqli rekord səviyyəyə çatıb
# 16 yanvar 2023 12:50 (UTC +04:00)

Ötən il “Sila Sibiri” (“Sibirin Gücü”) boru kəməri ilə Rusiyadan Çinə qaz tədarükünün həcmi rekord həddə - 15,5 mlrd. kubmetrə çatıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini Aleksandr Novak deyib: ““Sila Sibiri” ilə Çin Xalq Respublikasına tədarük artırılıb. Tədarükün həcmi rekord həddə - 15,5 mlrd.kubmetr qaz təşkil edib".

Xatırladaq ki, “Sila Sibiri” kəməri ilə qazın nəqlinə 2019-cu ilin sentyabrında başlanılıb. Qaz kəmərinin maksimal illik ixrac gücü 38 mlrd. kubmetrdir. Maksimal göstəricilərə "Qazprom" 2025-ci ildə nail olmağı planlaşdırır. 30 müqavilə ilində Çin istehlakçıları bu kəmərlə 1 trln. kubmetrdən çox qaz alacaqlar. Boru kəmərinin inşası beş il davam edib və 1,1 trln. rubla başa gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR