Siyarto: Ağır enerji böhranı Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb

Siyarto: Ağır enerji böhranı Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb
# 25 yanvar 2023 14:20 (UTC +04:00)

Ağır enerji böhranı Avropa üçün Azərbaycanın əhəmiyyətini daha da artırıb.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, Azərbaycanın təbii qaz istehsalatındakı artım Avropaya qısa və ortamüddətli perspektivdə təchizat marşrutlarını diversifikasiya etməyə imkan yaradıb.

“Hər kəs üçün aydındır ki, diversifikasiya haqqında sadəcə danışmaq yetmir, artıq hərəkətə keçmək zamanıdır. Əgər Avropa yeni enerji mənbələri, enerji təchizatı marşrutları əldə edə bilmirsə, enerji təchizatı təhlükəsiz olmayacaq”, - Siyarto bildirib.

Macar nazir əlavə edib ki, Azərbaycan təbii qazını ən qısa zamanda əldə etmək Macarıstanın marağındadır.

Siyarto, Azərbaycan təbii qazının Macarıstana tədarükünə dair iki ölkənin şirkətləri arasında artıq danışıqların başladığını da vurğulayıb.

Qeyd edək ki, ötən gün Peter Siyarto Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR