SOCAR bu il LNG satışını kəskin artırıb

SOCAR bu il LNG satışını kəskin artırıb
# 17 may 2022 11:11 (UTC +04:00)

Bu ilin 4 ayı ərzində SOCAR tərəfindən 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmi 14,65 mln. ton təşkil edib, bunun da 13,34 mln. tonu neftin payına düşüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-aprel ayları ərzində SOCAR tərəfindən 2,01 mlrd. kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% çoxdur.

Məlumata görə, SOCAR hazırda 40 ölkənin 100-dən çox məntəqəsində Azərbaycan nefti və neft məhsulları ilə yanaşı, 3-cü tərəflərdən alınıb satılan neft və neft məhsullarının ticarətini də uğurla həyata keçirərək əlavə iqtisadi dəyər yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR