SOCAR növbəti YDM-i Avropa şəhərinə uyğun tərtib edib

SOCAR növbəti YDM-i Avropa şəhərinə uyğun tərtib edib
# 15 oktyabr 2019 16:01 (UTC +04:00)

"SOCAR Georgia Petroleum" (SGP – SOCAR brendli yanacaqdoldurma şəbəkəsinin sahibi) futbol üzrə 2020-ci ilin Avropa Çempionatına (UEFA Avro 2020) hazırlaşır və turnir başlayanadək Gürcüstanda altıncı yanacaqdoldurma mərkəzi yarışa ev sahibliyi edəcək şəhərlərin birinə Bilbao şəhərinə uyğun tərtib edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, sözügedən mərkəz Urbnisi yaxınlığında əsas magistralda yerləşir.

Qeyd edək ki, Avro 2020 oyunları 12 şəhərdə baş tutacaq, onların arasında Roma (fəaliyyətdədir), Amsterdam (fəaliyyətdədir), Qlazqo (fəaliyyətdədir), Budapeşt (fəaliyyətdədir), Kopenhagen (fəaliyyətdədir), Bilbao (fəaliyyətdədir), Buxarest, Münhen (fəaliyyətdədir), Dublin, Bakı, London və Sankt-Peterburq var. Bununla əlaqədar olaraq SOCAR bəzi yanacaqdoldurma məntəqələrini turnirin ev sahibi şəhərləri atmosferində tərtib etmək qərarına gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR