SOCAR gələn ilin ikinci yarısında Etilen-Polietilen Zavodunu yeni güc və konfiqurasiyada istismara verəcək

SOCAR gələn ilin ikinci yarısında Etilen-Polietilen Zavodunu yeni güc və konfiqurasiyada istismara verəcək
# 19 iyul 2019 16:58 (UTC +04:00)

SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin genişmiqyaslı yenidənqurma və modernizasiya layihəsi çərçivəsində Etilen-Polietilen Zavodunu (EP-300) 2020-ci ilin 2-ci yarısı tam olaraq yeni gücdə və konfiqurasiyada istismara verilməsi planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Azərikimya"nın baş direktorunun sərmayə və inkişaf üzrə müavini Orxan Cəfərov bildirib.

Onun sözlərinə görə, SOCAR-ın "Azərikimya" İB-nin Perspektiv inkişaf planına uyğun olaraq, 2016-cı ildən başlanan genişmiqyaslı yenidənqurma və modernizasiya layihəsi intensiv olaraq uğurla davam etdirilir. Layihə çərçivəsində "EP-300" qurğusunun propilen istehsalı üzrə illik gücünün mövcud 60 min tondan 187 min tonadək artırılması, bir neçə yeni müasir texnoloji qurğuların, istehsal binalarının, obyektlərinin, yeni müasir məhsul anbarlarının inşası, texnoloji prosesin mövcud pnevmatik idarə edilməsi sistemindən rəqəmsal sistemə keçilməsi, mövcud elektrik təchizatı sisteminin və köməkçi qurğuların təkmilləşdirilməsi kimi işlər həyata keçirilir.

"Ümumilikdə, bu günə layihələndirmə işlərinin 99,9%-i, satınalma işlərinin 98,1%-i, tikinti işlərinin isə 61%-i tamamlanıb", - deyə O. Cəfərov qeyd edib.

Layihənin əsas məqsədləri – Sumqayıt şəhərində inşa olunmuş yeni "SOCAR Polymer" MMC müəssisənin daimi olaraq yüksək keyfiyyətli və tələb olunan həcmdə etilen, propilen, saf hidrogen, yeni məhsul və digər enerjidaşıyıcılar ilə təmin edilməsi, Heydər Əliyev adına NEZ-dən təchiz olunacaq yenilənmiş qaz xammalının iqtisadi baxımından daha effektiv emalının yaradılması, mövcud "EP-300" qurğusunun istismar dövrünün minimum növbəti 20 ilə kimi uzadılması və mövcud qurğuların istehsal prosesinin etibarlılığı və səmərəliliyinin artırılmasıdır.

O. Cəfərovun sözlərinə görə, aparılan işlər çərçivəsində 2019-cu ilin ayında zavodun planlaşdırılmış dayanması zamanı oktyabr (oktyabrın 1-də start veriləcək, 40 günü əhatə edəcək)boru xətlərinə əlavə birləşmə nöqtələrinin icra olunması da aparılacaq. Layihənin icra qrafikinə uyğun aktiv tikinti işləri 2017-ci ildə başlanılıb və bu işlərin tam olaraq yekunlaşdırılması 2020-ci ilin ikinci rübünə planlaşdırılıb.

Qeyd edək ki, layihə çərçivəsində aparılan tikinti və montaj işlərinin pikində hər il Sumqayıt şəhərindən və ətraf regionlardan 1 800-2 000 nəfər yerli işçilər işə cəlb olunur. Layihənin ümumi tələb olunan sərmayə həcmi 508 mln. avro təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR