S&P: Bəzi LNG təchizatçıları yükləri Avropadan Asiyaya yönləndirirlər

S&P: Bəzi LNG təchizatçıları yükləri Avropadan Asiyaya yönləndirirlər
# 04 noyabr 2022 10:37 (UTC +04:00)

Bəzi mayeləşdirilmiş təbii qaz (LNG) təchizatçıları tədarükləri Atlantik okeanından Sakit okeana yönləndir.

Bu barədə “APA-Economics” “S&P Global Platts” beynəlxalq analitik agentliyinə istinadən xəbər verir.

"Yüksək LNG daşıma tariflərinə baxmayaraq, Şimal-Şərqi Asiyada qaz istehlakının qış pik zirvəsi ərəfəsində bir neçə sürətli yüklər Atlantik hövzəsindən Sakit okean hövzəsinə yönəldilib ki, bu da Avropa terminallarında qaz ehtiyatlarının yüksək səviyyəsini nümayiş etdirir", - məlumatda qeyd olunur.

“S&P”nin məlumatına görə, qışın gec başlaması, qazın qiymətinin yüksək həddinin təyin edilməsi məsələsinin müzakirələri və anbarlarda qaz ehtiyatlarının həddindən çox olmasından Avropanın qaz bazarında qeyri-müəyyənlik yer alıb, bu da Asiyada LNG-ə tələbin yenidən yüksəlməsinə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR