"Star Rafineri" İran neftini Rusiyanın "Urals"ı ilə əvəzləyəcək

"Star Rafineri" İran neftini Rusiyanın "Urals"ı ilə əvəzləyəcək
# 22 iyul 2019 14:06 (UTC +04:00)

Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “Star Rafineri” neft emalı zavodu (NEZ) Rusiyanın “Rosneft” şirkətindən 1 mln. ton “Urals” markalı neft tədarük edəcək.

APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bu barədə NEZ-in baş direktoru Mesut İlter söyləyib.

Onun sözlərinə görə, “Urals” markalı neftin alınması (ilkin mərhələdə 1 mln. ton) qərarı İran neftinin idxalı ilə bağlı yaranan çətinliklərlə (ABŞ tərəfindən İran neftinin idxalına yönələn sanksiyaların tətbiqi ilə bağlı) ilə əlaqədardır.

"Əgər heç bir məhdudiyyət olmasaydı, biz İran neftinin alacaqdıq", - deyə M. İlter əlavə edib.

Baş direktorun sözlərinə görə, “Star” dünyanın istənilən yerindən neft ala bilər (əgər həmin neft emal üçün uyğun olarsa).

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən “Star” ildə 10 mln. ton neft emal edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR