TAP kəməri üzrə Yunanıstan və Albaniya marşrutunda boruların basdırılması bu il başa çatacaq

TAP kəməri üzrə Yunanıstan və Albaniya marşrutunda boruların basdırılması bu il başa çatacaq
# 10 iyul 2019 14:47 (UTC +04:00)

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisi layihəsi çərçivəsində bu ilin sonunadək Yunanıstan və Albaniya ərazisində boruların 100%-i torpağa basdırılacaq.

APA-Economics”in məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) “Energy, Oil&Gas” jurnalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, indiyədək boru üzrə Yunanıstan və Albaniya ərazisində boruların 98%-i torpağa basdırılıb.

Məlumata əsasən, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP-ın inşasına başlanılandan bəri işlərin 88%-i artıq yekunlaşıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR