Ukrayna Azərbaycan neftinə əvəz axtarır

Ukrayna Azərbaycan neftinə əvəz axtarır
  • Clock-gray 14:42
  • calendar-gray 14 Noyabr 2019

"Azeri Light" (CIF) markalı neftin qiymətinin “Brent Dated” markalı neftə nisbətdə ötən bir neçə həftə ərzində son səkkiz ilin ən yüksək həddinə çatması Ukraynanı daha əlverişli neft ixracatçılarını axtarmağa vadar edib.

"APA-Economics" bunu "S&P Global Platts"a istinadən xəbər verir.

Bu yöndə atılan ilk addımlardan biri də Ukraynaya ilk dəfə Liviyadan xam neftin idxalı oldu. Belə ki, Odessa dəniz limanı noyabrın 13-də Liviyanın Zaviya terminalından 81 282 mln. ton "Əl Şərara" markalı nefti qəbul edib.

Qeyd edək ki, Liviyanın "Əl Şərara" markalı neftinin tərkibi "Azeri Light" ilə oxşardır.

Xatırladaq ki, hazırda dünya bazarında "Azeri Light" neftinin qiyməti 67 dollar təşkil edir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date