“Urals” neftinin qiyməti kəskin azalıb

“Urals” neftinin qiyməti kəskin azalıb
# 01 mart 2023 16:05 (UTC +04:00)

Bu ilin fevral ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 49,56 ABŞ dolları təşkil edib, bu da 2022-ci ilin fevral göstəricisi (92,15 dollar) ilə müqayisədə demək olar ki 1,86 dəfə azdır.

Bu barədə “APA-Economics” Rusiyanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar ayının göstəricisi (49,48 dollar) ilə müqayisədə fevralda “Urals” neftinin qiyməti 1,16% artıb.

Qeyd olunur ki, 2023-cü ilin yanvar-fevral aylarında “Urals” neftinin orta qiyməti 49,52 dollar təşkil edib, bu da illik müqayisədə 44,3% azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR