Sabah Azərbaycanda beynəlxalq turizm sərgisi işə başlayır

Sabah Azərbaycanda beynəlxalq turizm sərgisi işə başlayır
# 27 aprel 2011 11:36 (UTC +04:00)
Sərgilər aprelin 30-dək davam edəcək. Bu gün bununla bağlı təşkilatçı şirkət tərəfindən sərgilərə həsr olunmuş mətbuat konfransı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «ITE Group» şirkətinin icraçı direktoru Edvard Strun qeyd edib ki, sərgilərdə 61 marşrutu təmsil edən 24 ölkənin 230 şirkəti iştirak edəcək: «Şirkətlərin yarısından çoxu sərgidə ilk dəfə iştirak edəcək».

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, «AITF 2011» çərçivəsində II Ümümrespublika Daxili Turizm Sərgisi də keçiriləcək: «Bu sərgidə Azərbaycanın 15 şəhər və rayonlarını təmsil edəcək 83 hotel kompleksləri iştirak edəcək». A.İsmiyev həmçinin qeyd edib ki, 2011-ci ildə Azərbaycanda dünyada məşhur olan 6 beşulduzlu hotel fəaliyyətə başlayacaq.

Tədbirdə çıxış edən «AITF 2011» layihəsinin meneceri xanım Xəyal Əliyeva sərgilər barəsində ətraflı məlumat verib və bildirib ki, builki sərginin ekspozisiya sahəsi və iştirakçıları 2010-cu ilə nisbətən 25% artıb: «Sərgidə Türkiyə, Yunanıstan, Gürcüstan, Misir, Hindistan, Rusiya, Mavriki, Litva, Çexiya və digər ölkələri təmsil edən şirkətlər iştirak edəcək. Sərgi çərçivəsində bir sıra təqdimatlar keçiriləcək, turizm sahəsində fəaliyyət göstərən peşəkarlar üçün isə seminarlar təşkil olunacaq».

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR