Bakıda nəqliyyat, yol infrastrutu və ictimai nəqliyyat sərgisi keçiriləcək - FOTO

Bakıda nəqliyyat, yol infrastrutu və ictimai nəqliyyat sərgisi keçiriləcək - <font color=red>FOTO</font>
# 14 iyun 2011 12:15 (UTC +04:00)
Sərginin təşkilatçısı olan «Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə logistika operatorları, daşıyıcılar, dəmiryol, dəniz və hava nəqliyyatı şirkətləri, gəmirqayırma və yol-tikinti şirkətləri, kommersiya nəqliyyatının distribyutorları, limanlar və digər şirkətlər iştirak edəcək.

Sərgi təşkilatçılarının bu gün keçirdiyi mətbuat konfransında bildirilib ki, bu il sərgiyə maraq kəskin artıb. Belə ki, bu il sərgi sahəsi 60% artaraq 1800 kv. metrə, iştirakçıların sayı isə 2 dəfə artaraq 54-ə çatıb. Bu ilki yubiley sərgidə Azərbaycan, Almaniya, İran, Çin, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çexiyanın nəqliyyat və bu sahəyə aid olan digər şirkətləri iştirak edəcək. İştirakçıların 50%-i xarici şirkətlərdir, 30%-i isə sərgiyə ilk dəfə qatılıb. Bu, Riqa Ticarət Limanı, Həştərxanın Olya limanı, «CNR Corporation» (Çin), «Mot McDonald» (Çexiya) və başqalarıdır. Kommersiya strukturları ilə yanaşı sərgidə dövlət qurumları, o cümlədən Nəqliyyat Nazirliyi, «Azərbaycan Dəmir Yolları» QSC, Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Metropoliteni, Azərbaycanda Rusiya Dəniz Gəmiçiliyi Registri iştirak edəcək.

Sərgi ilə yanaşı, iyunun 17-də «Baku Expo Center»də I Xəzər Beynəlxalq Nəqliyyat Konfransı keçiriləcək. Konfransda Azərbaycan və Rusiyanın Nəqliyyat nazirlikləri, kommersiya və ictimai qurumların nümayəndələri iştirak edəcəklər.

Nəqliyyat sərgisi ilə paralel olaraq regionun bütün yol infrastrukturuna həsr olunmuş ixtisaslaşdırılmış tədbir - I Xəzər Beynəlxalq «Yol infrastrukturu və ictimai nəqliyyat» («Road and Traffic») Sərgisi keçiriləcək. Bu sərgidə yol tikintisi, yol hərəkətinin idarə olunmasında informasiya texnologiyalarının tətbiqi və yeni ictimai nəqliyyat növlərinin istifadəyə verilməsi sahələrində ən son nailiyyətlər təqdim ediləcək.

«Road and Traffic» sərgisi yol infrastrukturunun bütün bölmələri, o cümlədən ictimai nəqliyyat, yol infrastrukturu və nəqliyyatın idarə olunması üzrə intellektual sistemləri əhatə edən mövzulu ekspozisiyalara bölünüb. Sərgidə beynəlxalq və yerli təşkilatlar, yol-tikinti müəssisələri, ictimai nəqliyyat vasitələrinin istehsalçıları və satıcıları, yol təhlükəsizliyi sahəsində ixtisaslaşan şirkətlər, habelə informasiya texnologiyaları müəssisələri və metropoliten müəssisələri iştirak edəcək.

«Üç gün davam edəcək sərgilərdə bu sahədə işləyən şirkətlər arasında əlaqələrin gücləndirilməsi ilə yanaşı, region infrastrukturunun gələcək inkişafı, satış bazarlarının genişləndirilməsi, birgə müəssisələrin təsis edilməsi və ölkənin yol tikintisi bazarında sərmayə layihələri, texnologiya və avadanlıqların təşviqi üçün əlverişli şəraitin yaradılmasına təkan verəcək», - deyə «Iteca Caspian» şirkətindən bildirilib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR