Azərbaycan məhsulları Çində nümayiş olunur - FOTO

Azərbaycan məhsulları Çində nümayiş olunur - FOTO
  • Clock-gray 16:07
  • calendar-gray 05 Aprel 2021

Çin Xalq Respublikasının Çendu şəhərində "China Food and Drinks Fair and TAOWINE Hotel Show” sərgisi öz işinə başlayıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azpromo-nun və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə sərgidə şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 10-dan çox Azərbaycan şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Tədbir çərçivəsində Azərbaycan şərablarının dequstasiyası keçirilir, sərgi iştirakçıları Azərbaycan şərablarının dadını və keyfiyyətini yüksək qiymətləndirirlər.

Qeyd edək ki, sərgi aprelin 9-dək davam edəcək.

Hüseyn Vəliyev

Digər xəbərlər