Azərbaycan məhsulları Moskvada beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycan məhsulları Moskvada beynəlxalq sərgidə nümayiş olunur
# 24 sentyabr 2019 09:48 (UTC +04:00)

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində “Worldfood Moscow 2019” adlı beynəlxalq ərzaq sərgisi işə başlayıb.

APA-Economics”in Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, sərgidə Azərbaycan qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkətlə təmsil olunur.

Ümumilikdə, “Worldfood Moscow 2019” sərgisinə 65 ölkədən müxtəlif şirkətlər qatılıb.

Qeyd edək ki, Azərbaycan artıq 3-cü ildir ki, “Worldfood Moscow” sərgisində tərəfdaş ölkə kimi çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR