Bakıda "Dünya Vəkil Cübbələri" adlı sərgi təşkil edilib - FOTO

Muzey Mərkəzində sərgi

© APA | Muzey Mərkəzində sərgi

# 17 dekabr 2021 16:09 (UTC +04:00)

Bakıda “Dünya Vəkil Cübbələri” adlı sərgi təşkil edilib.

APA-nın məlumatına görə, sərgidə Vəkillər Kollegiyasının təşəbbüsü ilə dünyanın 60-dan çox ölkəsindən gətirilmiş vəkil cübbələri (mantiyalar) nümayiş olunub.

Vəkillər Kollegiyasının İdarə heyətinin sədri Anar Bağırov qeyd edib ki, “Vəkil günü” peşə bayramı ərəfəsində ilk dəfə olaraq dünyada bu cür sərgi təşkil olunub.

Onun sözlərinə görə, ağır pandemiya şəraitində 65 vəkil və hakim cübbələri müxtəlif ölkələrdən toplanaraq gətirilib, xarici ölkələrin Vəkillər Kollegiyaları ilə danışıqlar davam edir və gələcəkdə vəkil mantiyalarının sayı 100-dən çox ölkəni təmsil edəcək.

Sərgi dekabrın 29-na kimi davam edəcək.

Gələcəkdə sərbəst və daimi fəaliyyət göstərən vəkil, hakim cübbələri və vəkillik simvollarından ibarət muzeyin yaradılması planlaşdırılıb.

Qeyd edək ki, sərgidə həmçinin Bakı şəhər Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin zəngin şəxsi kolleksiyasına aid olan, vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əskinasları nümayiş olunub.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR