Bakıda Hindistan ticarət sərgisi açılıb - FOTO

Bakıda Hindistan ticarət sərgisi açılıb - FOTO
# 02 sentyabr 2022 16:51 (UTC +04:00)

Bakıda Hindistan ticarət sərgisi açılıb.

APA xəbər verir ki, açılış mərasimində Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar çıxış edib.

O bildirib ki, bu artıq Bakıda keçirilən 9-cu sərgidir.

Diplomat bildirib ki, sərgi həm də Hindistanın müstəqilliyinin 75-ci il dönümü ilə əlaqədar təşkil olunan tədbirlər çərçivəsində keçirilir.

O bildirib ki, Azərbaycan və Hindistan arasında tarixi mədəni əlaqələr mövcuddur. O, ötən illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsinin artdığını bildirib.

"Müxtəlif sahələrdə iki ölkə arasında geniş əməkdaşlıq imkanları mövcuddur. Bu sərgi vasitəsilə biz Hindistan məhsullarını təqdim edirik.
Azərbaycanlılar bizim iqtisadiyyatımız, mədəniyyətimiz barədə geniş məlumatlar ala biləcəklər", - müvəqqəti işlər vəkili vurğulayıb.

Hindistan İxrac Təşkilatları Federasiyası və Hindistanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçiriləcək sərgi sentyabrın 12-dək (11:00-19:00-dək) davam edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR