Bakı. Cavid Zeynallı – APA. Mayın 19-21-də Frankfurtda keçiriləcək “IMEX 2015” biznes-turizm sərgisində Azərbaycanı Konqreslər Bürosu təmsil edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, "IMEX" hər il beynəlxalq konqres və konfransların təşkili, geniş əhatəli tədbirlərin keçirilməsi və həvəsləndirici turizm sahəsində xidmətlərin göstərilməsində maraqlı olan yüzlərlə mütəxəssisi bir araya gətirir.
Bu il sərgidə 74 ölkədən 3500 şirkət təmsil olunacaq. Üç günlük sərgi çərçivəsində 14 mindən çox alıcı və satış ziyarətçisinin iştirak etməsi gözlənilir.
Konqreslər Bürosu ilə yanaşı, ölkəmizi sərgidə Büronun tərəfdaşları olan və turizm sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri də təmsil edəcək.