Tiflisdə xeyriyyə məqsədi ilə sərgi təşkil edilib - FOTOSESSİYA

Tiflisdə xeyriyyə məqsədi ilə sərgi təşkil edilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 iyul 2016 15:28 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tflisdə keçirilən ATƏT-in PA sessiyası çərçivəsində Ekspo-Georga Sərgi Mərkəzinin ərazisində tədbir iştirakçıları üçün sərgi təşkil edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgi Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfinin təşkilatçılığı ilə xeyriyyə məqsədi ilə təşkil olunub.

Sərgidə Gürcüstanın müxtəlif bölgələrindən, o cümlədən Qərbi Gürcüstan və Kaxetiya bölgəsindən gətirilən və sakinlərin şəxsi istehsalı olan şərab məhsulları və gildən hazırlanan qablar və dəridən və yundan hazırlanan geyimlər, rəsm əsərləri və arıçılıq məhsulları nümayiş olunub. Sərgidə satılan mallardan əldə olunan aztəminatlı ailələrə, kimsəsizlərə göndəriləcək.

Sərgi ilə tanış olan ATƏT PA sessiyasının iştirakçıları həm də sərgidə alış-veriş ediblər. Sərgi maraqlı konsert proqramı ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR