Zaqatalada "Fındıq Satış-Sərgi 2022" yarmarkası keçirilib - FOTO

Zaqatalada "Fındıq Satış-Sərgi 2022" yarmarkası keçirilib - FOTO
# 13 sentyabr 2022 11:48 (UTC +04:00)

Zaqatala Azərbaycanda fındıq istehsalına və onun keyfiyyətinə görə birinci yerdədir.

APA xəbər verir ki, bunu Zaqatala rayon icra hakimiyyətindən rəhbəri Mübariz Əhmədzadə "Fındıq Satış-Sərgi 2022" yarmarkasının açılışında deyib.

O bildirib ki, Zaqatala fındıqçılıq sahəsində ölkədə aparıcı yeri tutur: "Azərbaycan fındıq istehsalına görə dünyada üçüncü yerdədir. Zaqatala isə Azərbaycanda fındıq istehsalına və keyfiyyətinə görə birinci yerdədir".

İcra başçısı bildirib ki, 2 il əvvəl Zaqatalada 9575 hektar fındıq bağları olduğu halda, bu, iki dəfə artıb və hazırda 21000 hektardan artıq fındıq bağları var.

"İxrac və satışda müəyyən problemlər olur. Bugünkü tədbirdə bu problemi araşdıracaq, istehsalçılarla müzakirə aparacağıq", - deyə o əlavə edib.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov deyib ki, hər il bu festival keçirilir və Zaqatala bu festivala ev sahibliyi edir: "Azərbaycanda fındıq istehsalının 25 faizi Zaqatalanın payına düşür".

Nazirlik rəsmisi qeyd edib ki, dövlət fındıq bağı salan fərdi şəxsə 730 manat dəyərində subsidiyalar ayırır, həmçinin suvarma sistemlərinin formalaşması üçün subsidiyalar ayrılır: "2015-ci illə müqayisədə fındıq bağlarının sahəsi 2 dəfə artıb. Bu bağların 60 faizi bar verən mərhələdədir. Fındıq bağlarının sahəsi 80 000 hektardan çoxdur”.

Sarvan Cəfərov deyib ki, ölkənin ixrac potensialı artıb, 2021-ci ildə fındıq ixracının dəyəri 108 milyon dolları ötüb. Son altı ayda isə 55 milyon dollar dəyərində fındıq ixrac olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon artıb: “im şəraiti imkan verir ki, bağaların miqyası genişlənsin".

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxışında deyib ki, Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində əlaqələr genişlənib və Zaqatala kənd təsərrüfatı sahəsində bu əməkdaşlığa öz töhfəsini verir. "Azərbaycan fındıq ixracına görə bu gün dünyanın üçüncüsüdür, həmçinin Azərbaycan fındığı Aİ-yə də ixrac olunur." O, bu ixracın daha da artacağına ümid etdiyi deyib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR