"Azərenerji": Oxçuçayla bağlı layihədə ekvivalent yaşıllıqların ETSN ilə razılaşdırılmış yerdə salınması nəzərdə tutulub

"Azərenerji": Oxçuçayla bağlı layihədə ekvivalent yaşıllıqların ETSN ilə razılaşdırılmış yerdə salınması nəzərdə tutulub
# 26 may 2023 16:15 (UTC +04:00)

Layihə sahəsində bilavasitə tikinti altında qalan ağac va kollara ekvivalent yaşıllıqların Ekologiya va Təbi Sərvətlər Nazirliyi ilə razılaşdırılmış yerdə salınması nəzərdə tutulub.

APA xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib.

O bildirib ki, həmçinin çay ekosisteminin qorunması üçün ekoloji axımın saxlanılması, hidromorfoloji dəyişikliklərin olmaması üçün çay məcrasında düzləndirmə və planlaşdırma işlərinin aparılmaması nəzərdə tutulub:

"İnfrastruktur sahələri ərazisindən götürülən torpağın üst münbit qatının toplanması və təyinatına uyğun istifadəsi, seçilmiş hidroaqreqatlar suyun keyfiyyətinə təsir etməməsi va istiqamətləndirici aparatın quruluşunun yağ və digər zərərli maddələrin suya qarışmasının qarşısını alması, temperatur va digər keyfiyyət göstəricilərində heç bir dəyişiklik olmadan suyun aşağı axarda yenidən çaya qaytarılması planlaşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR