DOST İnklüziv Mərkəzinə müraciət edən 86 nəfərə imtina verilib

DOST İnklüziv Mərkəzinə müraciət edən 86 nəfərə imtina verilib
# 17 mart 2023 12:30 (UTC +04:00)

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə sosial xidmət almaq üçün müraciət edən 86 nəfərə imtina verilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, mərkəz fəaliyyətə başladığı müddətdən (22 oktyabr 2021-ci il) ümumi müraciət edənlərin sayı 468 nəfər, növbəlilik əsasında olan müraciət sayı 16 nəfər olub. Onlardan 86 nəfərin müraciətinə imtina verilib və təlimi müxtəlif səbəbdən sonlandırılan benefisiarların sayı 74 nəfər olub.

Təlim alan şəxslərdən 16 nəfəri şəhid və qazi ailəsi üzvü, 187 nəfəri əlilliyi olan şəxs, 53 nəfəri aztəminatlı şəxs, 36 nəfəri isə valideyn himayəsindən məhrum olmuş şəxs kateqoriyasından olub. Mərkəzdə həssas əhali qruplarından olan 292 nəfər benefisiara 14 xidmət istiqaməti üzrə təlimlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR