Əməkdar jurnalist Əhməd İsayev vəfat edib

Əhməd İsayev

© APA | Əhməd İsayev

# 27 dekabr 2021 13:39 (UTC +04:00)

Əməkdar jurnalist, tanınmış yazıçı-publisist Əhməd İsayev dekabrın 26-da vəfat edib.

Bu barədə APA-ya Mətbuat Şurasından bildirilib.

Əhməd Məmməd oğlu İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra əmək fəaliyyətinə başlayıb, kənd klubunda müdir işləyib. 1959–1965-ci illərdə Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. 1963-cü ildən “Kommunist” (indiki Xalq qəzeti”) qəzeti redaksiyasında işə başlayıb, ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. 1970–1990-cı illərdə bu qəzetin Gəncə–Qazax bölgəsi üzrə xüsusi müxbiri işləyib. 1990–1991-ci illərdə “Respublika” qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Sonrakı illərdə “Həyat” və “Səhər” qəzetlərində fəaliyyət göstərib. 1995-ci ildən son dövrədək “Azərbaycan” qəzetini Gəncəbasarda bölgə müxbiri kimi təmsil edib.

30-dan artıq kitabın müəllifidir.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR