Mediasiya Şurasına müraciətlərin 80 faizini ailə mübahisələri təşkil edib

Nadir Adilov

© APA | Nadir Adilov

# 22 dekabr 2021 11:01 (UTC +04:00)

“5 ayda mediatorlara ümumilikdə 9550 müraciət daxil olub”.

APA-nın məlumatına görə, bunu Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfransda deyib.

O bildirib ki, müraciətlərin 8515-i işlə bağlı mübahisələrə aid olub: “Müraciətlərdən 740-ı kommersiya, 295-i isə əmək mübahisələrinə aiddir. Müraciətlərdə ailə mübahisələrinin 80 faiz təşkil etməsi məsələnin kifayət qədər ciddiliyindən xəbər verir. 21 faiz müraciət isə bir qədər sonra geri götürülüb. Mübahisələr cəmiyyətə neqativ təsir edir”.

O qeyd edib ki, mediasiya yolu ilə bu mübahisələrin həlli pozitiv nəticə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR