Nazir müavini: "Son fərman ölkə başçısı tərəfindən növbəti ciddi humanist addımdır"

Anar Əliyev

© APA | Anar Əliyev

# 23 dekabr 2021 18:07 (UTC +04:00)

“Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanun 2 avqust 1997-ci il tarixdən qüvvəyə minib. Həmin tarixdən sonra şəhid olmuş və yaxud hərbi əməliyyatlarla əlaqədar xəsarət almış, yaxud xidmət dövrü ilə əlaqədar xəstələnmiş şəxslərə qanunun tələblərinə uyğun olaraq ödənişlər həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi iştirakçılarına, eyni zamanda şəhid ailələrinə bu ödənişlər tam məbləğdə həyata keçirilib və təmin olunub: “Hazırkı fərmanla birdəfəlik ödəmənin təsis olunmasının məqsədi də 1997-ci il 2 avqust tarixinə qədər xəsarət alması və yaxud xəstələnməsi nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərə də sığorta ödənişi əvəzinə ödənilməsidir. Çünki həmin tarixdə bu qanun olmayıb, həmin şəxslərin sığorta ödənişi hüququ yaranmayıb. Bu, ölkə başçısı tərəfindən növbəti ciddi humanist addımdır. Həmin şəxslərə sığorta ödənişi əvəzinə birdəfəlik ödəmənin verilməsi müəyyən edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR