Orqan implantasiyası ilə bağlı əməliyyatlar Xidmətlər Zərfinə daxil ediləcək

Vüqar Qurbanov

© APA | Vüqar Qurbanov

# 23 dekabr 2021 18:36 (UTC +04:00)

Orqan implantasiyası ilə bağlı əməliyyatların da Xidmətlər Zərfinə daxil etmək planlaşdırılır.
APA-nın məlumatına görə, bunu bü gün Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə keçirilən ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırki vəziyyət və gələcək planlar barədə dinləmədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov bildirib.
V. Qurbanov deyib ki, Xidmət Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ambulator tibbi xidmət, laboratoriya xidmətləri, cərrahi tibbi xidmətlər, stasionar terapevtik və bir çox digər tibbi xidmətlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR