TQDK-da akkreditə olunmayan jurnalistlər qəbul imtahanlarının gedişini izləyə bilməyəcəklər

Bakı. Elnur Məmmədli APA. Ali məktəblərin bakalavr və magistratura pilləsinə keçirilən qəbul imtahanlarına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) akkreditasiyadan keçməyən jurnalistlər buraxılmayacaq. APA-nın məlumatına görə, bunu komissiyanın sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, imtahan prosesini izləmək niyyətində olan KİV-lərin nümayəndələri əvvəlcədən TQDK-ya müraciət etməlidirlər. M. Abbaszadə onu da qeyd edib ki, imtahanı izləyən jurnalistlər imtahan otaqlarına mobil telefonla daxil ola bilməyəcəklər.
Sosial

Komissiya: Söyüdlüdə sianidin idarəedilməsi planının yenilənməsi tövsiyə edilir

Söyüdlüdə zavod ərazisində üç müşahidə quyusunun suyunda kiçik miqdarda sianid qeydə alınıb
Söyüdlüdə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb, lakin insan sağlığı üçün təhlükəli deyil
