TQDK 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbuluna başlayıb

Bakı. Elnur Məmmədli APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbuluna başlayıb. TQDK-dan APA-ya daxil olan məlumata görə, Bakı şəhərində abituriyentlər sənədlərini təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayona müvafiq olaraq orta məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasına, digər bölgələrdə isə Rayon Təhsil Şöbəsində yaradılmış SQK-ya təqdim etməlidirlər. İyunun 17-dən başlayan sənəd qəbulu iyulun 31-nə qədər davam edəcək.
Sosial

Söyüdlüdəki şirkətin rəhbəri: Nöqsanımızı qəbul edirik

Söyüdlüdəki şirkətin işçilərinin dispanserizasiyaya cəlb edilməməsinin səbəbi açıqlanıb

BŞTİ müdiri təhsil müəssisələrinin istiliklə təminatına diqqətin artırılmasının vacibliyini bildirib
