Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun direktoru Rza Mahmudov: “Həmişə qlobal istiləşmədən sonra soyuqlaşma dövrü başlayır”

Bakı. İlhamə İsabalayeva - APA. “Temperaturun hər il artımı qeydə alınır. Amma temperatur artımının fəsillər üzrə aparılan təhlilləri göstərir ki, bütün fəsillərdə temperatur artsa da, yaz fəslində bu artım sıfıra yaxınlaşır və müşahidə edilmir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun direktoru Rza Mahmudov deyib. O bildirib ki, həmişə qlobal istiləşmədən sonra soyuqlaşma dövrü başlayır: “Buna görə də yaxın 30-40 il ərzində Şimali Avropa ölkələrində soyuqlaşmanın baş verəcəyi gözlənilir. İngiltərədə hətta qısa müddət ərzində buzlaşmanın ola biləyi də proqnozlaşdırılır”. R. Mahmudov gələcəkdə Azərbaycanda da belə halların müşahidə olunacağını istisna etməyib.
Sosial

Sabahdan 11 illik bazadan kolleclərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq

Nazir müavini: Söyüdlüdə yaşayan əhalinin sağlamlıq vəziyyəti qənaətbəxşdir

Azərbaycan Qarabağın fiziki məhdudiyyətli erməni sakinləri üçün xüsusi tibbi maşınlar ayırmağa hazırdır
