“Azərbaycanda dövlət qulluğu: konseptual əsaslar və islahatlar strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilib

“Azərbaycanda dövlət qulluğu: konseptual əsaslar və islahatlar strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilib
# 23 iyun 2008 11:40 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı və Beynəlxalq Dövlət Qulluğu Günü ilə bağlı “Azərbaycanda dövlət qulluğu: konseptual əsaslar və islahatlar strategiyası” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın xəbərinə görə, Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov Azərbaycanda dövlət qulluğunun beş min illik tarixinin olduğunu deyib. S. Qəndilov deyib ki, Azərbaycanda dövlətçilik müxtəlif mərhələlərdən keçib və bu mərhələlərdə dövlətçiliyin mahiyyətində yeni formalar özünü göstərib, zəngin dövlətçilik təcrübəsi əldə edilib. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda “Dövlət qulluğu haqqında” qanun qəbul olunduğunu xatırladan S. Qəndilov deyib ki, bununla da ölkədə dövlət qulluqçuluğunun hüquqi bazası yaradılıb. Rektor Azərbaycanda dövlət quruculuğunun strategiyasının, konsepsiyasının Heydər Əliyev tərəfindən hazırlandığını vurğulayıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Azərbaycanda dövlət qulluğunun inkişafı mövzusunda çıxış edib. Komissiya sədri deyib ki, “Dövlət qulluğu haqqında” qanunun qəbul ediləndən sonra Azərbaycanda dövlət qulluğu sisteminin təkmilləşdirilməsi üzrə işlər görülməyə başlayıb. Komissiya sədri hazırda Azərbaycanda dövlət qulluğuna qəbul prosesinin mərkəzləşmiş qaydada həyata keçirildiyini də nəzərə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR