“Azadlıq” meydanında keçiriləcək hərbi paradla əlaqədar Dənizkənarı Bulvar İdarəsində tədbirlər planı hazırlanıb

“Azadlıq” meydanında keçiriləcək hərbi paradla əlaqədar Dənizkənarı Bulvar İdarəsində tədbirlər planı hazırlanıb
# 24 iyun 2008 15:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “Azadlıq” meydanında təşkil ediləcək hərbi paradla əlaqədar iyunun 26-da Dənizkənarı Milli Parka gəliş-gedişə məhdudiyyət qoyulmayacaq. Dənizkənarı Bulvar İdarəsinin (DBİ) rəis müavini Nazim Məcidov APA-ya bildirib ki, yalnız “Azadlıq” meydanının ətrafındakı küçələrdən bulvara çıxış bağlanacaq, digər küçələrdən dəniz kənarına keçid isə açıq olacaq. N. Məcidov hərbi paradla əlaqədar DBİ-də də hazırlıq işlərinin görüldüyünü, tədbirlər planının hazırlandığını vurğulayıb: “Həm təhlükəsizlik, həm təmizlik, həm əhalinin Milli Parkdan paradı rahat izləməsi üçün lazımi tədbirlər görülüb. Həmin gün Milli Parkda karusel və attraksionların işi dayandırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR