Azərbaycan paytaxtında pornoqrafik disklərin nümayişində təqsirləndirilən şəxsin işi üzrə ibtidai istintaq yekunlaşıb

Azərbaycan paytaxtında pornoqrafik disklərin nümayişində təqsirləndirilən şəxsin işi üzrə ibtidai istintaq yekunlaşıb
# 25 iyun 2008 15:29 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. “Tacir” internet klubunda pornoqrafik filmlərin yayılmasını və nümayişini təşkil etməkdə təqsirləndirilən İlkin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb, materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bildirib. Onun sözlərinə görə, İ. Hüseynova qarşı Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və əşyaları qanunsuz yayma) maddəsi ilə ittiham irəli sürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR