Prokuror hərbi hissə komandirinə cəza istəyib

Prokuror hərbi hissə komandirinə cəza istəyib
# 25 iyun 2008 15:37 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mirzəli Abbasovun sədrliyi ilə Müdafiə Nazirliyinin Səngəçalda yerləşən “N” saylı hərbi hissəsinin sabiq komandiri, polkovnik leytenant İlqar Əmirxanovun və həmin hərbi hissənin zabiti Nazim Hüseynovun məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı Mehdixan Abdullayev İ. Əmirxanovun 9 il, N. Hüseynovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. İyunun 27-də təqsirləndirilən şəxslərə hökm oxunacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR