Ombudsman İsveçin İnteqrasiya və Gender Bərabərliyi Nazirliyinin məsul əməkdaşını qəbul edib

Ombudsman İsveçin İnteqrasiya və Gender Bərabərliyi Nazirliyinin məsul əməkdaşını qəbul edib
# 25 iyun 2008 15:39 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova İsveçin İnteqrasiya və Gender Bərabərliyi Nazirliyi Gənclər siyasəti və QHT-lərlə iş şöbəsinin direktor müavini Anna Karin Lindblomu qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman qadın hüquqları sahəsində mövcud problemlər barədə qonağa məlumat verib, qadınların idarəetmədə və seçki orqanlarında daha fəal iştirakı, onların mükəmməl təhsili, erkən nikahların yolverilməzliyi, qadınların kreditlər əldə etmək imkanı, sahibkar qadınların əmək hüquqları və onların fəaliyyəti üçün bərabər imkanların yaradılması ilə bağlı problemləri diqqətə çatdırıb. Görüşdə qadınların sağlamlıq hüquqlarının müdafiəsinin zəruriliyi qeyd olunub, reproduktiv sağlamlıq, ana və uşaq ölümü, HİV/AİDS və digər problemlərə toxunulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR