Rizvan Talıbovla bağlı məhkəmə qərarından kasasiya şikayəti verilib

Rizvan Talıbovla bağlı məhkəmə qərarından kasasiya şikayəti verilib
# 01 iyul 2008 11:56 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Qərbi Azərbaycana Qayıdış Birliyinin (QAQB) rəhbəri Rizvan Talıbovla bağlı məhkəmə qərarından kasasiya şikayəti verilib. Bu barədə APA-ya QAQB-nin sədr əvəzi Yalçın Qəhrəmanoğlu bildirib. Y. Qəhrəmanoğlunun sözlərinə görə, Ali Məhkəməyə bu gün təqdim olunan şikayət ərizəsində R. Talıbovun azadlığa buraxılması xahiş edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə təqsirləndirilən R. Talıbov Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR