Suraxanıda yeni polis sahə məntəqəsinin inzibati binasının açılışı olub

Suraxanıda yeni polis sahə məntəqəsinin inzibati binasının açılışı olub
# 01 iyul 2008 11:58 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü polis bölməsinin yeni polis sahə məntəqəsinin inzibati binasının açılışı olub. Bu barədə APA-ya bölmədən məlumat verilib. Yeni Günəşli qəsəbəsində yerləşən inzibati binanın açılışında RPİ rəisi Etibar Qazıbəyli, rayon prokuroru Camal Abbasov, 33-cü polis bölməsinin rəisi Bəxtiyar Mustafayev və digər şəxslər çıxış ediblər. Çıxış edənlər daxili işlər orqanlarının tarixindən söhbət açıblar. Onlar müstəqil Azərbaycan polisinin yaranmasında Heydər Əliyevin xüsusi xidmətlərindən danışıblar. İnzibati əraziyə polis kapitanı Həsən Əliyev rəhbərlik edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR