Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 39-cu ildönümü münasibətilə konsert keçiriləcək

Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 39-cu ildönümü münasibətilə konsert keçiriləcək
# 11 iyul 2008 13:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. İyulun 14-də saat 21:00-da Milli Parkdakı “Saat qülləsi”nin yanında Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 39-cu ildönümü münasibətilə konsert keçiriləcək. Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) APA-ya verilən məlumata görə, konsertdə tanınmış incəsənət ustalarının çıxışları olacaq. Şəhər rəhbərliyi paytaxt sakinlərini və qonaqları konsertə dəvət edib. Konsertin sonunda atəşfəşanlıq olacaq.
Qeyd edək ki, Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR