Prokuror “Azadlıq” qəzetinin müxbirinə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinə cəza istəyib

Prokuror “Azadlıq” qəzetinin müxbirinə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinə cəza istəyib
# 14 iyul 2008 09:44 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev S. Strekalinin 2 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməsini istəyib. A. Xəlilin vəkili Elçin Sadıqov isə S. Strekalinə bəraət verilməsini istəyib: “Çünki ondan şikayətimiz yoxdur”. A. Xəlil isə keçirilən məhkəmədə özünü zərərçəkmiş hesab etmədiyini qeyd edib. S. Strekalinin vəkili Akif Məlikov isə çıxışında A. Xəlil müdafiə etdiyi şəxsi onu bıçaqlamağa məcbur edib. Vəkil S. Strekalinə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) ilə bəraət verilməsini, digər ittiham üzrə yüngülləşdirici halların nəzərə alınmasını xahiş edib. Sonra hakim hökm çıxarmaq üçün müşavirə otağına yollanıb. Məhkəmə hökmünü iyulun 15-də elan edəcək.
Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR