Hakimliyə namizədlər hakim vəzifəsinə avqustda təyin olunacaqlar

Hakimliyə namizədlər hakim vəzifəsinə avqustda təyin olunacaqlar
# 14 iyul 2008 12:13 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Test üsulu ilə, yazılı və şifahi imtahanlardan uğurla keçərək yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə təcrübə keçməni uğurla başa vuran hakimliyə namizədlərin hakim vəzifəsinə avqustda təyin olunması gözlənilir. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib. Onun sözlərinə görə, bu təyinatdan sonra Azərbaycanda vakant 20 hakim vəzifəsi qalacaq. Azərbaycanda yaradılması nəzərdə tutulan inzibati işlər üzrə məhkəmələr barədə verilən suala cavabında R. Rzayev qeyd edib ki, bu məhkəmələrin apellyasiya məhkəmələrinin nəzdində kollegiya kimi fəaliyyət göstərməzi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR